Bu tarixi hadisədə "Neftçi"nin də payı var - 10 ilin intizarı

5 Fevral 2024 13:40 Azarkeş 1 211
Bu tarixi hadisədə "Neftçi"nin də payı var - 10 ilin intizarı

Azərbaycan Premyer Liqasının XXI turunda keçirilmiş "Sumqayıt" - "Neftçi" matçını 8100 azarkeş tribunadan izləyib.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.

Bunadək rekord X turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

“Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar. Bu, arenada yenidənqurmadan sonra ilk qarşılaşma olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!