COP29

Sumqayıtda qapılar azarkeşlərin üzünə bağlandı - FOTO

26 Noyabr 2023 18:35 Azarkeş 909
Sumqayıtda qapılar azarkeşlərin üzünə bağlandı - FOTO

Premyer Liqanın 14-cü turunun son qarşılaşması Sumqayıtda keçirilir.

Burada "Sumqayıt" "Zirə"ni qonaq edir.

Görüşə böyük azarkeş marağı var.

Tribunalar tam dolub.

Hətta bu səbəbdən çox sayda azarkeş arenaya buraxılmayıb.

Giriş qapıları üzünə bağlanan fanatlar uzun müddət qapıların açılmasına və ən azı ayaqüstə oyunu izləməyə ümid ediblər.

Lakin bu istək baş tutmayınca onlar məyus halda geri dönməli olublar.

Xatırladaq ki, hazırda ilk hissəsi oynanılan görüşdə hesab açılmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"