"Heç kim zəmanət verə bilməz ki…" - NARAZILIQ BÖYÜDÜ

7 Dekabr 2022 14:00 Azarkeş 517
"Heç kim zəmanət verə bilməz ki…" - NARAZILIQ BÖYÜDÜ

Fan-klublar Azərbaycan Premyer Liqasında bu ilin sonunadək tribunalarda yer almamaqla bağlı ümumi razılığa gəliblər.

Onlar buna səbəb kimi Premyer Liqanın son turunda keçirilmiş “Neftçi” - “Qarabağ” oyunundan əvvəl və oyun zamanı (0:4) azarkeşlərə qarşı edilmiş haqsızlıqları və onların həbs olunmasını göstəriblər.

Fan-klublar məhz bu kimi hadisələrə etiraz əlaməti olaraq növbəti turlarda tribunadakı yerlərini almayacaqlarını bildiriblər.

“Zirə“nin “Qartal“ azarkeş qrupunun nümayəndəsi Ramil Əliyev proseslə bağlı Sportinfo.az-a açıqlamasında deyib:

“Neftçi“ - “Qarabağ“ oyunundan əvvəl və sonra azarkeşlərə qarşı edilmiş haqsızlıqlara, onların həbs olunmasına etiraz edirik.

Bu haqsızlığın növbəti oyunlarda bizə və digər azarkeş qruplarına edilməyəcəyinə heç kim zəmanət verə bilməz.

Tribunada rəqib ola bilərik, amma hamımız Azərbaycan tribunasının inkişafına çalışırıq“.

Digər Xəbərlər
Xəbər Lenti