Tovuzda QARDAŞLIQ sədaları

29 Noyabr 2022 19:20 Azarkeş 535
Tovuzda QARDAŞLIQ sədaları

"Turan Tovuz" Premyer Liqanın 15-ci turunda "Sabah"ı qəbul edib.

Qonaqların qələbəsi ilə başa çatan (0:1) qarşılaşmadan əvvəl yerli və qonaq fanatlar arasında xoş anlara səhnə olan maraqlı söz atışması yaşanıb.

Açığı, əvvəlki turlarda meydan sahiblərinin qonaq komandalara qarşı isti münasibətini görmüşük.

Buna hardasa alışdığımızı deyə bilərik.

Amma bu dəfə ilk addım rəqib cəbhəsindən gəlib.

Belə ki, "Sabah"ı dəstəkləmək üçün Bakıdan gələn bir qrup azarkeş "Turan" bizim qardaşımız" şuarını səsləndirib.

Cavabında qarşı tərəfi alqışlayan yerli fanatlar "Sabah" bizim qardaşımız" sözlərini səsləndiriblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti