“Qarabağ”dan “Neftçi” üçün - 5-20 manatlıq qiymətlər

30 Sentyabr 2022 00:40 Azarkeş 334
“Qarabağ”dan “Neftçi” üçün - 5-20 manatlıq qiymətlər

Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı üçün biletlərin qiyməti bəlli olub.

Sportinfo.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-u saat 11:00-da satışa çıxarılacaq biletlərin qiyməti sektorlara uyğun olaraq, 5 - 20 AZN arasında dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah yalnız onlayn qaydada (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq.

Oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti