Azərbaycan millisi son 4 ildə özünün ən böyük azarkeş qrupunun dəstəyindən məhrum olmuşdu.
Belə ki, uğursuz nəticələrə, bərbad idarəçiliyə etiraz olaraq "Sektor-11" azarkeş qrupu 4 il əvvəl boykot qərarı vermişdi.
Nəhayət, bu gün azarkeş qrupu boykot qərarının dayandırıldığını və növbəti matçlardan tirbunada olacaqlarını öz sosial şəbəkə hesablarından elan verdilər.
Maraqlıdır, boykot qərarının bu qədər müddət aradan sonra qüvvədən düşməsinə nə səbəb oldu?
Sorğumuza cavab olaraq azarkeş qrupunun idarə heyətinin üzvü Elnur Tağıyev Sportinfo.az-a açıqlamasında bunları deyib:
"4 il öncə milli komandanın uğursuz çıxışlarına görə boykot qərarı vermişdik və AFFA-da dəyişikliklər olmayacağı müddətdə tribunaya qayıtmayacağımızı bildirmişdik. Hazırda AFFA-da olan sturuktur dəyişikliklərindən sonra yenidən tribunaya qayıtmağa qərar verdik. İnanırıq ki federasiyada olan dəyişikliklər davam edəcək".
XANOĞLAN

