“Qarabağ”ın sosial media səhifələrində komandanın orijinal formalarının satışı ilə bağlı etdiyi paylaşım fanatların ürəyincə olub.
Elanda xalis formalara Umico.az-dan sahib olmağın mümkünlüyü qeyd olunub.
Mobil tətbiqdə sözügedən platformaya daxil olmaqla nəğd və kredit yolu ilə formaya sahib olmaq mümkündür.
Lakin bu, heç də hamı üçün əlçatan deyil.
Belə ki, formanın qiyməti 100 manatdır. Bu isə gənc və tələbə azarkeşlər üçün kifayət qədər yüksək məbləğ sayıla bilər.
Sosial şəbəkələrdə məlum mövzu ilə bağlı paylaşımların şərh bölməsində “Qarabağ”ın formasına sahib çıxmaq istəyənlərin qiymət məsələsi ilə bağlı narazılığı aşkar görünür.
“Bu qədər dəli deyiləm”.
“100 manat? Hahaha. Bu nədir?”
“100 manat “Qarabağ”ın oyunçusuna verib babat yeyib-içib, sonra forma xahiş edərəm. 100 manat nədir?”
“”Ucuz qoysalar daha çox gəlir əldə edəcəklər. Baha qoyduqları üçün hamı oyuna kostyumda-zadda gedir”.
“Top-5-likdəki komandanın forması da 100 manat olsun, “Qarabağ”ın forması da həçin qiymətə. Əlbəttə, TOP-5 komandasının formasını alaram. “Qarabağ” candır, ürəkdir, amma belə yox da”.
HƏBİB

