AFFA “Kəpəz”i azarkeşlərinə görə cəzalandırıb. Bu barədə qərarı qurumun İntizam Komitəsi verib.
Gəncə təmsilçisi I divizionun XXI turunun “Turan Tovuz”la görüşündə (2:3) baş verənlərə görə cərimələnib.
“Kəpəz” azarkeşləri tərəfindən icazəsiz pankart açıldığına görə klub 160 manat cərimələnib.
Həmin görüşdə azarkeşlər üzərində “Nəticələriniz gözümüzü YAŞARdır” sözləri yazılan pankart açıblar. Bu zaman onlar baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında komandanın hazırkı mövsümdə az xal toplamasını nəzərdə tutublar.
Qəribə görünən qərar barədə Gəncə təmsilçisinin "Xəmsə" azarkeş qrupunun idarə heyətinin üzvü Müşfiq Məmmədov Sportinfo.az-a açıqlama verib:
"Öz aləmində Yaşara dəstək olurlar. Yoxsa indiyə kimi nə qədər pankart açmışıq, niyə birində cərimə etməyiblər? Bir də ki, guya ölkədə hər pankart açan icazə alır? Və ya etiraz üçün icazə istəyəcəyimiz halda AFFA icazə verəcəkdi? Sadəcə ağılları gedib, başqa heç nə".
XANOĞLAN

