"Qarabağ"da "uğur mələyi"nə xoş surpriz - VİDEO+FOTOLAR

16 Aprel 2022 15:00 Azarkeş 1 278
"Qarabağ"da "uğur mələyi"nə xoş surpriz - VİDEO+FOTOLAR

Premyer Liqanın "Qarabağ" - "Şamaxı" matçında (8:0) meydan sahiblərinin ən böyük azarkeş qrupu olan "İmarət"in tribunası gözəl anlara səhnə olub.

Belə ki, azarkeş qrupunun qocaman üzvlərindən olan Pərviz Əsgərovun qızı Yeganənin 11 yaşı bu günə təsadüf edirmiş.

Tərəfdarlar arasında "uğur mələyi" kimi tanınan kiçik fanatın xoş günü böyük təmtəraqla qeyd olunub.

Futbolçuların 8 qolluq təbrikinə fanatlar da tribunada özlərinə məxsus şəkildə qoşulublar. Öncə tribunaya tort gətirilib, ardıncı təbrik şuarları səsləndirilib.

Bundan başqa komandanın futbolçuları da balaca fanatlarını təbrik etməyi unutmayıblar. Maksim Medvedev, Qara Qarayev və Abbas Hüseynov onunla xatirə fotosu çəkdirib, ən xoş arzularını diləyiblər.

Xoş görüntüləri özündə əks etdirən video və fotoları sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti