VİDEO: AFFA-dan "Neftçi" yolunda qəzaya uğramış əməkdaşı ilə bağlı AÇIQLAMA

12 Aprel 2022 16:40 Azarkeş 1 331
VİDEO: AFFA-dan "Neftçi" yolunda qəzaya uğramış əməkdaşı ilə bağlı AÇIQLAMA

Şənbə günü Şamaxının mərkəzində baş verən yol nəqliyyat hadisəsinin “günahkarı” futbol idi.

“Neftçi”ni yerli komanda ilə oyunda dəstəkləmək üçün paytaxtdan bölgəyə yollanan azarkeşin idarə etdiyi maşın stadionun yaxınlığında yerli sakinin idarə etdiyi avtomobillə toqquşmuşdu.

Hadisə yerində olarkən qəzaya səbəb olan “Hyundai Accent” markalı nəqliyyat vasitəsində “Neftçi” azarkeşlərinin yer aldığını və onlardan birinin AFFA rəsmisi Anton Şvesov olduğunu gördük.

Avtomobilin AFFA ilə əməkdaşlıq edən “Hyundai” olması, üstəlik, lizinq şirkətinə məxsus olmasından sonra Şvesovun işinin çətinə düşəcəyini təxmin etmişdik.

Hər halda hansısa quruma məxsus avtomobilin yararsız hala salınmasına görə məsuliyyəti sükan arxasında olan şəxs daşıyır.

Lakin assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullayevlə əlaqə saxladıqda günahkarın Anton yox, dostu olduğu üzə çıxdı:

“Bəli, Anton Şvesov həqiqətən AFFA-nın əməkdaşıdır. Lakin qəzaya uğrayan avtomobili o idarə etməyib. Sükan arxasında dostu olub.

Anton Şamaxıya “Neftçi” azarkeşi olan dostu ilə birlikdə könüllü gedib. Yəni, assosiasiya tərəfindən ezam olunmayıb.

Həmin nəqliyyat vasitəsi dostuna məxsusdur, AFFA-nın balansında olan avtomobil deyil”.

Firuz bəy qurum tərəfindən Anton Şvesova avotmobil ayrılmadığını da diqqətimizə çatdırdı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti