İcra hakimiyyətindən "Neftçi" ilə oyuna AKTİV TƏBLİĞAT

7 Aprel 2022 23:20 Azarkeş 743
İcra hakimiyyətindən "Neftçi" ilə oyuna AKTİV TƏBLİĞAT

"Şamaxı" komandası yeni adı ilə bu həftə öz meydanından ilk matçına çıxacaq.

Meydan sahibləri Şamaxıdakı açılış oyununda son çempion "Neftçi"ni qəbul edəcək.

Bölgə olacağını nəzərə alsaq, qarşılaşmaya böyük azarkeş gələcəyini ehtimal etmək olar.

Bu istiqamətdə yerli icra hakimiyyəti də fəal iştirak edir.

Belə ki, yeni yaradılan fanklub bir neçə qrupdan ibarətdir. Və bir neçə gün əvvəl üzvlüklə bağlı elan verilmişdi. Artıq fankluba qatılmaq üçün çox sayda yerli futbolsevər müraciət edib.

İcra hakimiyyəti isə məhz həmin fanklub üzvlərini arenaya gediş-gəlişini pulsuz təmin edəcək. Bundan başqa matça çox sayda tamaşaçının cəm olması yolunda da aktiv təbliğat işi aparılır.

Böyük ehtimal uzun müddətdən sonra Şamaxıda keçiriləcək Premyer Liqa matçı böyük tamaşaçı kütləsi önündə keçiriləcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti