Yasa çevrilən ad günü - FOTO

1 Aprel 2022 22:20 Azarkeş 833
Yasa çevrilən ad günü - FOTO

Bu gün “Old Wolf” azarkeş qrupunun 4 yaşı tamam olur.

2017-ci ilin sonunda “İnter”in “Keşlə”yə çevrilməsindən sonra tribuna fəalları adıçəkilən qrupu yaratmaq qərarını vermişdi.

Bu müddət ərzində “qırmızılar”ın ev və səfər oyunlarında sevimli komandalarının yanında olan fanatların hazırkı üzüntüsü anlaşılandır.

Ona görə yox ki, ötən mövsüm ölkə kubokunu qazanan “Keşlə” bu gün iddiasından uzaq düşüb. Kubok mübarizəsini dayandırıb, mövsümü medalla başa vurması isə dünyanın 8-ci möcüzəsi olar.

Avarkeşlərin əhvalına “soğan doğrayan” fakt “Keşlə”nin “Şamaxı”ya çevrilməsi və 22-ci turdakı ev oyununu Bakıdakı qəsəbədə yerləşən stadionda yox, bölgədə keçirəcəyidir.

“Şamaxı”nın zühur etməsi ilə, çox güman, “Old Wolf” tarixin yaddaşına qovuşacaq. Axı onlar bu qrupu Keşləni təmsil etdiyinə görə “Keşlə” üçün yaratmışdı. Şamaxı və “Şamaxı” üçün yox.

Ad gününüz mübarək, ad gününü yas içində keçirən fanatlar!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti