"Futbolumuzu bəladan qurtarmağın bir yolu var..."

31 Mart 2022 23:00 Azarkeş 5 667
"Futbolumuzu bəladan qurtarmağın bir yolu var..."

Azərbaycan millisinin uğursuz nəticələri bütün futbol ictimaiyyətini əsas narahat edən məqamdır.

Hər kəs çıxış yolu axtarır, müxtəlif təkliflər verir. Həmçinin azarkeşlər də.

Futbolda önəmli rol alan fanatlar uğursuz nəticələrə görə bəlkə də ən çox təəssüf hiss keçirən tərəfdir. Onlarda biri də Reşad Qubadzadə adlı oxucumuzdur.

Rəşad bəy saytımız vasitəsi ilə bütün futbol ictimaiyyətinə və mediaya səslənərək bunları deyib:

"Öz milli komandama azarkeşlik etdiyim üçün yaxın ətrafım tərəfdən lağ obyektinə çevrilməkdən bezmişəm. Tək mən yox, milli komandasın sevən hər kəs belədir. Bütün dünyada futbolu azarkeş qoruyur, azarkeş yaradır.

Mən bir təklif irəli sürmək istəyirəm. Bizim futbolu bu bəladan qurtarmaq üçün minlərlə azarkeşin ölkə başçısı Cənab İlham Əliyevə müraciət məktubunu ünvanlamaq lazımdır.

Prezidentdən xahiş edək ki, futbolumuzu məhv edən hazırkı AFFA rəhbərliyini uzaqlaşdırıb, bu sahəyə bir əlac eləsin. Müdaxilə üçün əlimdə elə bir resus yoxdur. Ancaq saytlar təbliğat aparsa, qoşulanlar da çox olacaq".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti