"Turan"la "Kəpəz" daha iddialı və müstəqil fəaliyyət göstərsə... BİABIRÇI MƏNZƏRƏ

25 Sentyabr 2021 14:00 Azarkeş 883
"Turan"la "Kəpəz" daha iddialı və müstəqil fəaliyyət göstərsə...  BİABIRÇI MƏNZƏRƏ

Azərbaycan Premyer Liqasında 4, I Divizionunda isə 2 tur arxada qalıb.

6 tur ərzində ən çox azarkeş "Neftçi" - "Qarabağ" derbisinə gəlib - 3300 nəfər.

İkinci ən yüksək göstərici "Kəpəz"ə məxsusdur. I Divizionun ilk turunda keçirlən "Kəpəz" - "Qəbələ-2" görüşünə 1300 azarkeş gəlib.

Maraq üçün bildirək ki, derbini kənara qoysaq, "Neftçi"nin digər matçlarında ən yüksək göstərici "Keşlə" ilə matçda 1000 nəfər olubsa, "Qarabağ"da daha aşağı - 800 nəfərdi.

"Turan Tovuz"a olan maraq da "Neftçi" və "Qarabağ"dan az deyil. Qərb təmsilçisinin MOİK-lə baş tutan ev oyununa 1000 nəfər azarkeş tribunalarda olub.

Statistika növbəti dəfə bölgələrdə futbola olan marağın hansı səviyyədə olmasının əyani göstəricisidir. Təsəvvür edin ki, "Turan Tovuz" və "Kəpəz" daha iddialı və müstəqil fəaliyyət göstərsələr, mənzərə necə olardı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti