Fəvvarəyə pivə töküb çimdilər, bir-birilərini suya atdılar

18 İyun 2021 14:30 Azarkeş 640
Fəvvarəyə pivə töküb çimdilər, bir-birilərini suya atdılar

Şotlandiya yığmasının azarkeşləri Avropa çempionatında İngiltərə ilə II tur matçından əvvəl Londonda kütləvi gəzintiyə çıxıblar.

Sportinfo.az xəbər verir ki, fanatlar fəvvarənin yanına gələrək, onun ətrafında xorla oxuyublar.

Bu an onlar suya pivə süzməyə başlayıblar. Nəticədə suda köpüklər əmələ gəlib.

Azarkeşlər həmin fəvvarədə çimiblər və bir-birilərini suya atıblar.

Bu gün Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti