Futbol üçün Bakıya gələnlərə güzəşt ediləcək

9 Aprel 2021 21:20 Azarkeş 647
Futbol üçün Bakıya gələnlərə güzəşt ediləcək

AVRO-2020-nin Bakıdakı oyunlarını izləmək üçün Azərbaycana gəlmək istəyən azarkeşlərin koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətlərindən azad edilməsi planlaşdırılır.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu istisna yalnız Bakı Olimpiya Stadionunda üz-üzə gələcək yığmaların fanatlarına şamil olunacaq.

Tərəfdarlar son koronavirus testinin mənfi çıxdığını sübut edən sənədi və oyun biletini təqdim etməklə viza ala biləcəklər.

Bakı ilə yanaşı, Rusiyanın Sankt-Peterburq şəhəri və Rumıniyanın paytaxtı Buxarestə gələn bilet sahibləri onları ölkəyə giriş qadağalarından və ya karantin tələblərindən azad edəcək xüsusi prosedurlardan yararlana bilərlər.

Digər təşkilatçı şəhərlərdə isə karantin tələblərinə tam əməl olunmalıdır.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir.

Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi