"3 problem var" – Prezident vəziyyətdən narahatdır

18 May 2020 13:12 AÇ-2020 838
"3 problem var" – Prezident vəziyyətdən narahatdır

2021-ci ildə keçiriləcək Avropa çempionatının oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 12 yox, daha az şəhərdə ola bilər.

Sportinfo.az xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin “beİN Sporta”a açıqlamasında deyib.

O, hələ ki, 9 şəhərin çempionata hazır olduğunu bildirib: "Prinsipcə bizim ideya çempionatı elə həmin 12 şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir,

3 şəhərin isə problemləri var. Onları biz daha sonra müzakirə edəcəyik. Biz çempionatı 12 şəhərdə təşkil etmək istəyirik. Amma alınmasa, Avro-2020-ni 10, 9 və ya 8 şəhərdə də keçirməyə hazırıq".

UEFA-ya təsdiq göndərməyən şəhərlər Roma, Bilbao və Kopenhagendir. Bakı isə çempionata hazır olması ilə bağlı qitə qurumuna təsdiq göndərib.

UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib.

Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti