Hökumət AVRO-2020-nin oyunlarının bu şəhərdə keçirilməsinə dəstək verdi

29 Aprel 2020 12:58 AÇ-2020 831
Hökumət AVRO-2020-nin oyunlarının bu şəhərdə keçirilməsinə dəstək verdi

İspaniya hökuməti 2021-ci ilə təxirə salınan futbol üzrə Avropa çempionatını keçirmək üçün Bilbao şəhərinə dəstək olub.

Sportinfo.az xəbər verir ki, dövlət AVRO-2020-nin ölkədə baş tutmasında əhalinin maraqlı olduğunu bildirib.

Baş nazir Pedro Sançes də Avropa çempionatının bəzi matçlarının "San Mames" stadionunda keçirilməsi üçün Bilbaonun namizədliyini dəstəkləyib.

İspaniya hökuməti rəsmi akkreditasiya isə AVRO-2020 üçün ölkəyə gələn və müvafiq pasportu olan xarici vətəndaşlara İspaniyaya girmək, qalmaq və çıxmaq üçün lazımi vizalara sahib olacaqlarına təminat verir.

Hökumət matçların başlamasından bir gün əvvəl saat 6:00-də Bilbao bələdiyyəsinə yaxın hava limanlarında təyyarələrin uçuşuna və enişinə icazə verilməsini də öhdəsinə götürüb.

AVRO-2020-də E qrupunun iki oyunu və 1/8 finalın 1 matçı Bilbao şəhərində olacaq. UEFA martın 17-də koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin növbəti ilə təxirə salınmasına qərar verib.

Turnir 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. Yerli təşkilat komitələri oyunlara ev sahibliyi etməklə bağlı aprelin 30-dək quruma təminat göndərməlidirlər.

Artıq AFFA turnirin 4 oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər də Avropa futbol qurumuna göndəriləcək.

AVRO-2020-nin Bakıda təşkil olunacaq A qrupunun oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq. Eyni zamanda 1/4 final mərhələsinin 1 qarşılaşması Azərbaycan paytaxtında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!