AFFA-dan AVRO-2020-nin təxirə salınmasıyla bağlı AÇIQLAMA

10 Mart 2020 21:50 AÇ-2020 1 092
AFFA-dan AVRO-2020-nin təxirə salınmasıyla bağlı AÇIQLAMA

Koronavirusun hər keçən günü daha sürətlə avropa ölkələrinə yayılması AVRO-2020-nin təxirə salınma ehtimallarını artırır.

AVRO-2020 12 iyun-12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq.

Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.

Bu gün UEFA-ya üzv olan milli federasiyalar qitə futbol qurumundan Avropa çempionatının vaztını ertələməsini xahiş edib.

Yerli qurumlar koronavirusa görə müvəqqəti dayandırılan daxili çempionatı başa vurmaq üçün AVRO-2020-nin başqa vaxta keçirilməsini gözləyir. Ancaq UEFA prezidenti Aleksander Çeferinin bu təklifə müsbət yanaşmadığı iddia olunur.

Azərbaycan Avropa futbol qurumuna müraciət edən ölkələr arasında yer almır. AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında bunları deyib;

"Bu qərarı UEFA verə bilər. Hələ ki, bununla bağlı UEFA-nın hər hansısa bir açıqlaması yoxdur. Ötən həftə Amsterdamda UEFA-nın konqresi keçirilib və həmin konqresdə bu məsələnin qaldırılması təklif olunub.

UEFA-nın mövqeyi belədir ki, ümumiyyətlə, bu mövzu müzakirə olunmur. Hər hansı bir dəyişiklik olsa, UEFA qərarını açıqlayacaq. İndiki vəziyyətdə proseslər əvvəlki hazırlıq planına uyğun gedir".

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!