100 gün qalmış 100-ü keçənlər və ya BAKI YOLÇULARI

4 Mart 2020 16:00 AÇ-2020 938
100 gün qalmış 100-ü keçənlər və ya BAKI YOLÇULARI

İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalır.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar UEFA-nın rəsmi saytı iştirakçı milli komandaların heyətində 100 oyun həddini keçən futbolçuların siyahısını dərc edib. Siyahıda Türkiyə millisinin kapitanı Emre Belözoğlu da yer alıb.

Bu say UEFA Millətlər Liqasının pley-off mərhələsi vasitəsilə vəsiqə şanslarını qoruyan komandaların futbolçuları Marek Hamşik (Slovakiya, 120 oyun), Stiven Devis (Şimali İrlandiya, 117), Balaj Cucak (Macarıstan, 108), Qoran Pandev (Şimali Makedoniya, 108) və Edin Ceko (Bosniya və Herseqovina, 108) hesabına arta bilər.

AVRO-2020 iyulun 12-dək davam edəcək. A qrupunun 3 oyunu və 1/4 final qarşılaşmalarından 1-i Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

100 oyun həddini keçən futbolçular:

1. Serxio Ramos (İspaniya) - 170 oyun

2. Kriştianu Ronaldu (Portuqaliya) - 164

3. Luka Modriç (Xorvatiya) - 127

4. Joao Moutinyo (Portuqaliya) - 121

5-6. Yan Vertongen (Belçika) - 118

5-6. Sebastyan Larsson (İsveç) - 118

7. Serxio Buskets (İspaniya) - 116

8. Uqo Lyoris (Fransa) - 114

9. Robert Levandovski (Polşa) - 112

10. Yakub Blaşikovski (Polşa) - 108

11-12. Pepe (Portuqaliya) - 108

11-12. Ştefan Lixştayner (İsveçrə) - 108

13-14. İvan Rakitiç (Xorvatiya) - 106

13-14. Eden Azar (Belçika) - 106

15. Aksel Vitsel (Belçika) - 105

16. Corco Kyellini (İtaliya) - 103

17. Emre Belozoğlu (Türkiyə) - 101

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"