"Bakıda keçirəcəyimiz 2 oyun bizimçün həlledici olacaq"

16 Yanvar 2020 18:08 AÇ-2020 739
"Bakıda keçirəcəyimiz 2 oyun bizimçün həlledici olacaq"

"Millimizin Avropa çempionatına vəsiqə qazanması normal haldır. Çünki seçmə mərhələdə qrupda yeganə rəqib İslandiya idi".

Sportinfo.az xəbər verir ki, bunu "Sivasspor"un baş məşqçisi Rza Çalımbay deyib.

Yerli mətbuata müsahibə verən 57 yaşlı mütəxəssis Türkiyə yığmasının AVRO-2020-dəki şanslarını dəyərləndirib. O, "ay-ulduzlular"ın taleyinə Bakıda aydınlıq gələcəyini vurğulayıb:

"Avropa çempionatı futbolçular üçün önəmli səhnədir. Xüsusən də gənclər üçün yaxşı şans olacağını düşünürəm. Əsas odur ki, açılış oyununda İtaliyaya uduzmayaq.

İtaliya da gənc komandadır, sürətli hücumlara çıxır. Həmin görüşdən istədiyimiz nəticə ilə ayrıla bilsək, qrupdan çıxarıq. Təbii ki, Bakıda keçirəcəyimiz qrupun son 2 oyunu bizim üçün həlledici olacaq".

A qrupunda yer alan Türkiyə yığması iyunun 12-də Romada İtaliya ilə qarşılaşacaqsa, həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu