"Azərbaycan bizim ikinci evimiz kimidir"

26 Dekabr 2019 12:16 AÇ-2020 873
"Azərbaycan bizim ikinci evimiz kimidir"

“Yaxşı qrupa düşmüşük. Açılış matçını oynamağımız da gözəl bir şeydir. Bütün turnirlərdə yaxşı çıxış edən İtaliya ilə qarşılaşacağıq. Amma açılış matçında hər şey ola bilər”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin futbolçusu Kenan Karaman AVRO-2020 ilə bağlı “Anadolu Agentliyi”nə müsahibəsində deyib.

Püşkə əsasən, "ay-ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alıblar. Almaniyanın “Fortuna” klubunun formasını geyinən 25 yaşlı hücumçu 2 oyunu Bakı Olimpiya Stadionunda keçirməyi özləri üçün üstünlük hesab etdiyini vurğulayıb:

“Digər rəqiblərimiz də güclüdür, hamısına hörmətlə yanaşmaq lazımdır. Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir. Ora bizim ikinci evimiz kimidir. Çoxlu sayda azarkeşimiz olacaq. Bu, bizə əlavə motivasiya verə bilər. Ona görə də qrupu çox pozitiv görürəm”.

İiyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti