"Biz onları qışqırda-qışqırda məğlub etdik"

12 Dekabr 2019 12:44 AÇ-2020 1 238
"Biz onları qışqırda-qışqırda məğlub etdik"

"Millimiz bu qrupdan çıxacaq gücdədi. Hətta İtaliyadan da xal ala bilərik". Sportinfo.az xəbər verir ki, bunu türkiyəli məşqçi Yılmaz Vural deyib.

Hazırda işsiz olan, lakin Almaniya klublarından biri ilə anlaşdığını bildirən təcrübəli mütəxəssis Türkiyə millisinin AVRO-2020-dəki şanslarını dəyərləndirib.

O, komandaya böyük ümidlər bəslədiyini söyləyib: "Fransa ilə oyunu canlı izləmişdim. Biz fransızları qışqırda-qışqırda məğlub etdik. İtaliyaya qarşı niyə eyni performansı göstərməyək? Millimizin bu qrupdan hətta lider kimi çıxacağına da inanıram.

Şenol Günəş dünya üçüncülüyünü qazandığımız ildə olduğu kimi, kollektivdə mehribanlıq yaradıb. Futbolda motivasiya çox önəmlidi. Bu heyət ən azı 1/4 finala qədər gedər. Hətta daha artığı da olar".

Türkiyə millisi matçlarının Roma və Bakıda oynanılacağı A qrupunda İtaliya, Uels və İsveçrə ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!