Millidə dəyişiklik

11 Noyabr 2019 21:50 AÇ-2020 579
Millidə dəyişiklik

"Yuventus"un yarımmüdafiəçisi Blez Matyuidi Fransa millisinin Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarını buraxacaq. Sportinfo.az Fransa yığmasının "twitter" səhifəsinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının 12-ci turunda "Milan"la oyunda (1:0) zədələnib.

Onun əvəzinə yığmaya "Arsenal"ın yarımmüdafiəçisi Matteo Gunduzi çağırılıb.

Fransızlar noyabrın 14-də Moldova, bundan 3 gün sonra isə Albaniya ilə qarşılaşacaq.

Didye Deşamın komandası 19 xalla H qrupunda 2-ci yeri tutur. 1-cı sırada olan Türkiyə millisinin də 19 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti