Bu gün Avroliqada 1/8 finalın cavab oyunları keçiriləcək

5 Avqust 2020 15:18 Avropa Liqası 744
Bu gün Avroliqada 1/8 finalın cavab oyunları keçiriləcək

Martda koronavirus pandemiyasına görə dayandırılan Avropa Liqası bu gün bərpa ediləcək.

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün 4 qarşılaşması baş tutacaq.

Danimarkanın “Kopenhagen” klubu doğma meydanda ilk matçda uduzduğu (0:1) Türkiyə çempionu “Başakşəhər”i qəbul edəcək.

Avstriyada LASK-ı 5:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” rəqibini “Old Trafford”da qəbul edəcək. “İnter” Almaniyada “Xetafe” ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun baş tutmayıb.

“Şaxtyor” ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi “Volfsburq”u qəbul edəcək. 1/8 finalın cavab oyunlarına sabah keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

Avropa Liqası, 1/8 final mərhələsi, cavab oyunları

20:55. "Kopenhagen" (Danimarka) - "Başakşəhər" (Türkiyə)
İlk oyun - 0:1

20:55. "Şaxtyor" (Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
İlk oyun keçirilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"