Azərbaycan klubları "12-ci oyunçu"dan məhrum edildi

10 İyul 2020 12:58 Avropa Liqası 1 760
Azərbaycan klubları "12-ci oyunçu"dan məhrum edildi

2020/2021 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların təsnifat mərhələlərindəki oyunları azarkeşsiz keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iyulun 9-da keçirilmiş iclasında qəbul olunub.

Milli assosiasiyalarla qarşılıqlı razılıqdan sonra növbəti bildirişədək qitə futbol qurumunun bayrağı altında təşkil olunmuş matçlara fanatlar buraxılmaması məqsədəuyğun sayılıb.

Bu qərar avrokuboklarda cari mövsümün qalan görüşlərinə də şamil olunacaq.

Yeni mövsümdə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq. Təsnifat mərhələsinin qarşılaşmaları 1 oyundan ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”