Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər

13 Dekabr 2019 10:21 Avropa Liqası 960
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər

Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adlarını açıqlayıb. Sportinfo.az xəbər verir ki iddialılar sırasına 4 oyunçu daxil edilib.

Bunlar İngiltərə "Vulverhempton"unun hücumçusu Dioqu Jota, "Mançester Yunayted"in forvardı Meyson Qrinvud, Fransa "Renn"inin müdafiəçisi Joris Nyanyon və "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Sakadır.

Jota Türkiyə "Beşiktaş"ı ilə VI tur matçında (4:0) het-trik, Qrinvud Hollandiya AZ-si ilə (4:0), Nyanyon İtaliya "Latsio"su ilə qarşılaşmada (2:0) dubl edib. Saka isə Belçika Standard"ı ilə görüşdə (2:2) fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır. Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" evdə Lüksemburq "Düdelanj"ı ilə 1:1 hesablı heç-heçə edib. Bununla da A qrupunda 5 xalla 3-cü yeri tutan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"