"Allaha şükür, indi hər şey bizdən asılıdır"

9 Noyabr 2019 10:10 Avropa Liqası 596
"Allaha şükür, indi hər şey bizdən asılıdır"

"Allaha şükür, bizim üçün əla qələbə oldu". Sportinfo.az xəbər verir ki, bunu APOEL-in yarımmüdafiəçisi Musa əl Tamari deyib.

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edən Kipr təmsilçisi 2:1 hesablı qələbə qazanaraq, qrup ikinciliyini ələ keçirib. Oyunla bağlı fikirlərini bildirən iordaniyalı futbolçu artıq növbəti mərhələ şanslarının yüksək olduğunu söyləyib:

"Bu nəticədən sonra artıq gələcəyə baxırıq. İndi hər şey bizdən asılıdı. Çox çətin oyun oldu, ancaq biz bacardıq. Bu, kollektivdə hamının bir-birinə köməyi nəticəsində reallaşdı. 1/16 final mərhələsinə yüksəlmək üçün məhsuldarlığımızı daha da artırmalıyıq. Bundan ötrü çox çalışmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!