Avrokuboklarda 25 oyundur uduzmurlar

8 Noyabr 2019 11:47 Avropa Liqası 1 146
Avrokuboklarda 25 oyundur uduzmurlar

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Espanyol” “Ludoqorets”i 6:0 hesabı ilə darmadağın edib.

Sportinfo.az xəbər verir ki, bu qələbə sayəsində ispan klubu avrokuboklarda məğlubiyyətsiz oyunlar seriyasına 25-ə çatdırıb. Kataloniya təmsilçisi son dəfə 2006-cı il fevralın 23-də məğlub olub. Həmin vaxtı ispanlar 1/16 final mərhələsinin cavab qarşılaşmasında, evdə “Şalke”yə juduzub (0:3).

Almaniya klubu ilə oyundan bu yana “Espanyol” avrokuboklarda oynadığı 25 matçın heç birində, uduzmayıb. Artıq Avropa Liqasında pley-offa çıxmaq məsələsini böyük ölçüdə həll edən “Espanyol”un qrupda “Ferentsvaroş” və ÇSKA ilə oyunları qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"