"Qarabağ" Nikosiyada uduzdu

7 Noyabr 2019 23:48 Avropa Liqası 2 069
"Qarabağ" Nikosiyada uduzdu

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Qarabağ" Kipr səfərində meydana çıxıb. Qurban Qurbanovun başçılıq etdiyi komanda Nikosiyadakı görüşdən məğlub ayrılıb.

Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə 1/16 final mərhələsinə çıxmaq yolunda böyük addım atmış olacaqdı. Amma "Qarabağ" üstün oynadığı oyunu məğlubiyyətlə başa vurub. Bu məğlubiyyətdən sonra "Qarabağ" turnir cədvəlindəki ikinci pillədəki yerini itirərək üçüncü pilləyə düşüb.

Avropa Liqası. Qrup mərhələsi. 4-cü tur

7 noyabr

APOEL - "Qarabağ" 2:1

Qollar: Lukas Souza, 58, Efrem, 88 - Maksim Medvedev, 10
Baş hakim: Manuel Şüttenqrüber

Yan xətt hakimləri: Roland Brandner, Robert Ştaynaxer

Dördüncü hakim: Kristofer Yager (hakimlər briqadası Avstriyamı təmsil edir)

Kipr, Nikosiya, GSP stadionu

APOEL: 27. Vid Belets, 6. Savvas Qentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 14. Uroş Matiç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Əl-Tamari, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef Souza

"Qarabağ": 1. Asmir Beqoviç, 3. Ailton Silva, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov. 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel (30. Abbas Hüseynov, 83), 10. Dani Kintana (99. Maqaye Qeye, 16, 9. Xayme Romero, 75)), 17. Abdullah Zubir, 7. Araz Abdullayev

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı