
"İnanın ki, qarşıdakı dönəmlərdə mənim vaxtım və imkanım olsa, o klubun düşərgəsinə hətta təcrübəyə də gedərəm".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində məğlub etdikləri yeganə komanda Norveç "Budö Qlimt"inin yarımfinaladək irəliləməsi barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis belə ortabab klubların bu səviyyəyə çatmasının daim diqqətini cəlb etdiyini bildirib:
"Budö Qlimt" yarımfinalda İngiltərə "Tottenhem"inə rəqib oldu. Hansı ki, Liqa mərhələsində "Tottenhem"ə qarşı da oynamışdıq.
Hər ikisi bizim komandalardır, hər ikisinə uğurlar arzulayıram (gülür - red.). İnanıram ki, maraqlı oyunlar olacaq. Liqa mərhələsində oynadığımız komandalardan biri finalda çıxış edəcək".