“Qarabağ” bu mərhələyə qədər gəlibsə, pis komanda deyil"

31 Yanvar 09:20 Avropa Liqası 999
“Qarabağ” bu mərhələyə qədər gəlibsə, pis komanda deyil"

“Olimpiakos”un müdafiəçisi Koştinya “Qarabağ” haqda bölüşüb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı bunları deyib:

"Bizim yüksək motivasiyamız var və bu, işimizi asanlaşdırır. Xüsusilə indiki məqamda.

“Qarabağ”a qalib gəlmək üçün böyük istək və iradəmiz var idi. Ancaq bu mərhələdə asan rəqib yoxdur.

Hər oyun fərqli və çətin olur. Yaxşı oynamasan, qalib gələ bilməyəcəksən.

Qələbə qazanmaq üçün ən yaxşı futbolumuzu oynadııq. Əgər“Qarabağ” bu mərhələyə qədər gəlibsə, deməli, pis komanda deyil".

Digər Xəbərlər
Xəbər Lenti
19 Mart 11:20 Kənarda qalma, dostum!