"Komandada inam və aclıq var" - Xabi Alonso

15 Mart 03:50 Avropa Liqası 5 508
"Komandada inam və aclıq var" - Xabi Alonso

"Bayer" Avropa Liqası 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Hesab 2:2 olanda sonra komandanın daha çox istədiyini gördüm. Qol buraxdıqdan sonra geri dönmək asan olmadı.

Amma oyunçular yaxşı çıxış etdilər. Patrik Şikin son qolu da əla oldu.

Əlbəttə ki,mərhələni keçdiyimiz üçün çox şadam. Hamımız eyni gəmidəyik və komanda ruhu bu mövsüm ən vacib şeydir.

Mübarizə aparmaq istəyirik. Görürəm ki, komandada inam və aclıq var.

Bu, mənim üçün çox xoşdur. Frimponqun ilk qolundan sonra komandanın çox istəkli olduğunu gördüm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"