"Qarabağ" "Nant"ı darmadağın etdi - YENİLƏNİB

15 Sentyabr 2022 22:35 Avropa Liqası 2 535
"Qarabağ" "Nant"ı darmadağın etdi - YENİLƏNİB

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında "Nant"ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar"dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq.

"Nant" ilk turda Yunanıstan "Olimpiakos"unu məğlub edib - 2:1. "Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.

G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edəcək.

15 sentyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) 3:0

Qollar: Kvabena Ovusu, 60, Abdullah Zubir, 65, Marko Yankoviç, 72

Baş hakim: Enea Yorqyi (Albaniya)

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 20. Kadi Borges, 8. Marko Yankoviç, 10. Abdulla Zubir, 11. Kvabena Ovusu

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 6. Julio Romao, 7. Riçard Almeyda, 15. Leandro Anrade, 16. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.

"Nant": 1. Alban Lafon (k), 2. Fabio, 4. Nikola Pallua, 8. Samuel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korçiya, 27. Mozes Simon, 31. Mustafa Məhəmməd.

Ehtiyat oyunçular: 16. Remi Deşam, 30. Denis Petriç, 3. Andrey Girotto, 5. Pedro Çirivella, 7. Evan Gessan, 11. Markus Koko, 12. Dennis Appya, 29. Kentin Merlin, 55. Abdul-Kader Bamba.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Digər Xəbərlər
Xəbər Lenti