Türkiyə klubları üçün bir-birindən çətin… Bu gecə Avroliqada

15 Sentyabr 2022 15:40 Avropa Liqası 3 820
Türkiyə klubları üçün bir-birindən çətin… Bu gecə Avroliqada

Bu gün Avropa Liqasının qrup mərhələsində II tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, 8 qrupda ümumilikdə 15 görüş baş tutacaq.

A qrupunun "Arsenal" (İngiltərə) - PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Türkiyə təmsilçilərindən "Trabzonspor" H qrupunda Serbiya "Srvena Zvezda"sını qəbul edəcək.

B qrupunda yer alan "Fənərbağça" isə Fransada "Renn"in qonağı olacaq.

15 sentyabr

A qrupu

23:00. "Budö Qlimt" (Norveç) - "Sürix" (İsveçrə)

Xal durumu: "Arsenal" - 3, "Budö Qlimt" - 1, PSV - 1, "Sürix" - 0

B qrupu

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Larnaka, Kipr)

23:00. "Renn" (Fransa) - "Fənərbağça" (Türkiyə)

Xal durumu: "Renn" - 3, "Fənərbağça" - 3, "Dinamo" - 0, AEK - 0

C qrupu

23:00. "Betis" (İspaniya) - "Lüdoqorets" (Bolqarıstan)

23:00. "Roma" (İtaliya) - HİK (Finlandiya)

Xal durumu: "Betis" - 3, "Lüdoqorets" - 3, "Roma" - 0, HİK - 0

D qrupu

23:00. "Braqa" (Portuqaliya) - "Yunion" (Berlin, Almaniya)

23:00. "Yunion" (Belçika) - "Malmö" (İsveç)

Xal durumu: "Braqa" - 3, "Yunion" - 3, "Yunion" (Berlin) - 0, "Malmö" - 0

E qrupu

20:45. "Şerif" (Moldova) - "Mançester Yunayted" (İngiltərə)

20:45. "Real Sosyedad" (İspaniya) - "Omoniya" (Kipr)

Xal durumu: "Şerif" - 3, "Real Sosyedad" - 3, "Mançester Yunayted" - 0, "Omoniya" - 0

F qrupu

20:45. "Midtüllan" (Danimarka) - "Latsio" (İtaliya)

20:45. "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya)

Xal durumu: "Latsio" - 3, "Şturm" - 3, "Midtüllan" - 0, "Feyenoord" - 0

G qrupu

20:45. "Olimpiakos" (Yunanıstan) - "Frayburq" (Almaniya)

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)

Xal durumu: "Frayburq" - 3, "Nant" - 3, "Qarabağ" - 0, "Olimpiakos" - 0

H qrupu

23:00. "Trabzonspor" (Türkiyə) - "Srvena Zvezda" (Serbiya)

23:00. "Monako" (Fransa) - "Ferentsvaroş" (Macarıstan)

Xal durumu: "Ferentsvaroş" - 3, "Monako" - 3, "Srvena Zvezda" - 0, "Trabzonspor" - 0

Digər Xəbərlər
Xəbər Lenti