"Avroliqada özümüzü sübut etmək istəyirik" - "Frayburq"un baş məşqçisi

29 Avqust 2022 16:20 Avropa Liqası 670
"Avroliqada özümüzü sübut etmək istəyirik" - "Frayburq"un baş məşqçisi

"Bu turnirdə ölkəmizi təmsil edirik. Orada özümüzü sübut etmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Frayburq"un baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı mütəxəssis noyabradək sıx təqvimlə üz-üzə olacaqlarını bildirib:

"Hazırda bu barədə düşünürəm. 4 oyunda 9 xal qazanmışıq və bu, bizə çox kömək edir.

Bundesliqada mövsümə yaxşı start vermişik. Ümid edirəm ki, avrokubokda da eyni nəticələri təkrarlayacağıq".

"Frayburq" Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də "Europa Park" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"