"Qarabağ"a uduzan rəqiblər və "Fənərbağça" bu gün… Avroliqada pley-off həyacanı

18 Avqust 12:00 Avropa Liqası 1 324
"Qarabağ"a uduzan rəqiblər və "Fənərbağça" bu gün… Avroliqada pley-off həyacanı

Avropa Liqasında bu gün pley-off mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, 10 oyunun hamısı eyni gündə olacaq.

Türkiyənin turnirdəki təmsilçilərindən "Sivasspor" İsveçrədə "Malmö"nün, "Fənərbağça" isə Avstriyada "Austriya" (Vyana) komandasının qonağı olacaq.

"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Sürix" İsveçrədə "Harts"ı, "Ferentsvaroş" isə Macarıstanda İrlandiyanın "Şemrok Rovers" klubunu qəbul edəcək.

Cavab qarşılaşmaları avqustun 25-də olacaq.

18 avqust

20:00. HİK (Finlandiya) - "Silkeborq" (Danimarka)
20:30. "Ferentsvaroş" - "Şemrok Rovers" (İrlandiya)
21:00. "Sürix" (İsveçrə) - "Harts" (Şotlandiya)
21:00. "Malmö" (İsveç) - "Sivasspor" (Türkiyə)
21:00. "Apollon" (Kipr) - "Olimpiakos" (Yunanıstan)
21:00. "Pünik" (Ermənistan) - "Şerif" (Moldova)
21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Jalgiris" (Litva)
22:00. "Dnepr-1" (Ukrayna) - AEK (Larnaka, Kipr)
22:30. Gent (Belçika) - Omoniya (Kipr)
23:00. "Austriya" (Vyana, Avstriya) - "Fənərbağça" (Türkiyə)

Digər Xəbərlər
Xəbər Lenti