
“Qalatasaray” avrokuboklarda növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Avropa Liqasında mübarizə aparan İstanbul nəhəngi qrup mərhələsində son ev matçına çıxıb.
Fatih Terimin yetirmələri Fransa “Marsel”ini qəbul edib. E qrupunun lideri olan “Cim-Bom” bu qarşılaşmada da qalib gəlib.
İlk yarıda öncə Aleksandru Sisaldau hesabı açıb. Ardınca Duje Çaleta-Çar avtoqol müəllifi olub. Fasilədən sonra komandalar hərəyə iki qol vurub.
Əvvəl Sofion Fequli, sonra Rayan Babel fərqi üç topa çatdırsa da, hər iki qolun ardınca fransalılar bir dəfə fərqləniblər.
4:2 hesablı qələbə qazanan “Qalatasaray” xal hesabını 11-ə çatdırıb. “Latsio” “Lokomotiv”lə səfər matçında qələbə qazanıb - 3:0.
Bu nəticələrdən sonra Türkiyə və İtaliya təmsilçilərinin mübarizəni bu turnirdə davam etdirəcək ilk iki yerdə qərarlaşacağı dəqiqləşib. 1/8 finala birbaşa vəsiqə və pley-offa yollanacaq komandanın adına son turda aydınlıq gələcək.
"Qalatasaray" - "Marsel" 4:2
Qollar: Çiçaldau 12, Çaleta-Çar 30 (avtoqol), Fequli 64, Rayan Babel 83 - Milik 69, 85