“Qarabağ”ın rəqibləri və başqaları... Konfrans Liqasında bu gecə

21 Oktyabr 2021 18:20 Avropa Liqası 1 194
“Qarabağ”ın rəqibləri və başqaları... Konfrans Liqasında bu gecə

Bu gün Konfrans Liqasının qrup mərhələsində III tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

H qrupunda yer alan Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Bakıda Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

Bu qrupun digər görüşündə Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

C qrupunda İtaliya "Roma"sı Norveçdə "Budyo Qlimt" klubu ilə üz-üzə gələcək.

G qrupunda turnirin favoritlərindən hesab olunan İngiltərə "Tottenhem"i Niderlandda "Vitess" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

A qrupu

18:30. HİK (Finlandiya) - "Makkabi" (Təl-Əviv, İsrail)

20:45. "Alaşkert" (Ermənistan) - LASK (Avstriya)

Xal durumu: "Makkabi" - 4, LASK - 4, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

20:45. "Anortosis" (Kipr) - "Flora" (Estoniya)

23:00. "Partizan" (Serbiya) - "Gent" (Belçika)

Xal durumu: "Partizan" - 6, "Gent" - 6, "Flora" - 0, "Anortosis" - 0.

C qrupu

20:45. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

23:00. "MOİK-Sofiya" (Bolqarıstan) - "Zarya" (Luqansk, Ukrayna)

Xal durumu: "Roma" - 6, "Budyo Qlimt" - 4, "MOİK-Sofiya" - 1. "Zarya" - 0.

D qrupu

23:00. ÇFR (Kluj, Rumıniya) - AZ (Niderland)

23:00. "Yablonets" (Çexiya) - "Randers" (Danimarka)

Xal durumu: AZ - 4, "Yablonets" - 3, "Randers" - 2, , ÇFR - 1.

E qrupu

20:45. "Feyenoord" (Niderland) - "Union Berlin" (Almaniya)

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Slaviya" (Praqa, Çexiya)

Xal durumu: "Feyenoord" - 4, "Slaviya" - 3, "Union Berlin" - 3, "Makkabi" - 1.

F qrupu

20:45. "Kopenhagen" (Danimarka) - PAOK (Yunanıstan)

23:00. "Slovan" (Bratislava, Slovakiya) - "Linkoln" (Cəbəllütariq)

Xal durumu: "Kopenhagen" - 6, PAOK - 4, "Slovan" - 1, "Linkoln" - 0.

G qrupu

20:45. "Vitess" (Niderland) - "Tottenhem" (İngiltərə)

20:45. "Mura" (Sloveniya) - "Renn" (Fransa)

Xal durumu: "Tottenhem" - 4, "Renn" - 4, "Vitess" - 3, "Mura" - 0.

H qrupu

20:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Kayrat" (Qazaxıstan)

23:00. "Bazel" (İsveçrə) - "Omoniya" (Kipr)

Xal durumu: "Qarabağ" - 4, "Bazel" - 4, "Omoniya" - 1, "Kayrat" - 1.

Digər Xəbərlər
Xəbər Lenti