Onların gücü "Neftçi"yə çatdı, erməni klubu darmadağın oldu - VİDEOLAR

15 Sentyabr 2021 02:30 Avropa Liqası 3 627
Onların gücü "Neftçi"yə çatdı, erməni klubu darmadağın oldu - VİDEOLAR

Konfrans Liqasında qrup mərhələsinin matçlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Hər iki görüş İsraildə keçirilib.

A qrupunda Təl-Əviv "Makkabi"si Ermənistanın "Alaşkert" klubunu darmadağın edib - 4:1.

Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Stipe Peritsa, 32-ci dəqiqədə Qabi Kanixovski, 45+3-cü dəqiqədə Dani Biton və 72-ci dəqiqədə Matan Hozez fərqləniblər. Qonaqların yeganə qolunu isə 17-ci dəqiqədə Joze Embalo vurub.

Turnirin pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Hayfa "Makkabi"si isə Niderlandın "Feyenoord" komandası ilə qolsuz heç-heçə edib.

A qrupu

"Makkabi" (Təl-Əviv, İsrail) – "Alaşkert" (Ermənistan) - 4:1
Qollar:
Periça, 13, Kanixovski, 32, Biton, 45+3-pen, Hozez, 72 – Embalo, 17

E qrupu

"Makkabi" (Hayfa, İsrail) – "Feyenoord" (Niderland) - 0:0

Digər Xəbərlər
Xəbər Lenti