"Qarabağ" "Aşdod"la qolsuz bərabərə qaldı

22 İyul 2021 21:52 Avropa Liqası 1 073
"Qarabağ" "Aşdod"la qolsuz bərabərə qaldı

“Qarabağ” 2021/22 mövsümünə start verib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb.

Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüb. Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib.

İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Lakin təmsilçimiz yaradılan imkanlardan yararlanmayıb.

İsraillilərin müqavimətini qıra bilməyən Qurbanovun yetirmələri qarşılaşmanı azlıqda bitirib. Matçın sonlarında Maksim Medvedev qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub.

Bununla da “Qarabağ” mövsümə qolsuz sülhlə başlayıb.

22 iyul
“Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail) - 0:0
Qırmızı vərəqə:
Maksim Medvedev, 83
Baş hakim: Sergey Boyko (Ukrayna)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 2. Qara Qarayev, 6. Patrik Andrade, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

“Aşdod”: 1. Yoav Jafari, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 15. Tom Ben Zaken, 13. Montari Kamaheni, 6. Feras Abu Akal, 71. David Roi Nyenque, 99. Oz Bilevi, 77. Yakov Brihon, 11. Lior Einbrom, 23. Martin Rainov
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 12. Bar Netanel, 9. Şalev Haroş, 10. Moussa Baqayoko, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 24. İdan Aharon Dahan, 26. Abdul Muqese Zakaria, 55. Noar Sabaq, 66. Nir Migel Hasson, 30. Navaf Bzeia
Baş məşqçi: Ran Bem Simon
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"