Pley-offa son 6 vəsiqə üçün ölüm-dirim - Avroliqa

10 Dekabr 2020 21:00 Avropa Liqası 782
Pley-offa son 6 vəsiqə üçün ölüm-dirim - Avroliqa

Sportinfo.az xəbər verir ki, bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçiriləcək.

I qrupunda "Vilyarreal"ı ilə "Qarabağ" arasındakı qarşılaşma təxirə salındığından son tur çərçivəsində ümumilikdə 23 görüş baş tutacaq.

Ağdam klubunun heyətində koronavirusa kütləvi yoluxma halı qeydə alındığı üçün komanda İspaniyaya getməyib. Matçın taleyi ilə bağlı yekun qərar yaxın günlərdə UEFA tərəfindən veriləcək. Görüşün ləğv olunacağı və Azərbaycan çempionuna texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Bu qrupun digər oyununda Türkiyə "Sivasspor"u İsraildə Təl-Əviv "Makkabi"si ilə qarşılaşacaq. Qonaqlar 1/16 finala vəsiqə qazanmaq üçün mütləq səfərdə qələbə qazanmalıdır.

Bundan əlavə, A, B, K və F qruplarında pley-offa adlayacaq daha 5 komandanın adına aydınlıq gələcək.

A qrupu

21:55. MOİK (Sofiya, Bolqarıstan) - “Roma” (İtaliya)

21:55. “Yanq Boyz” (İsveçrə) - ÇFR (Rumıniya)

Xal durumu: "Roma" - 13, "Yanq Boyz" - 7, ÇFR - 5, MOİK - 2.

B qrupu

21:55. “Dandolk” (İrlandiya) - “Arsenal” (İngiltərə)

21:55. “Rapid” (Avstriya) - “Molde” (Norveç)

Xal durumu: "Arsenal" - 15, "Molde" - 9, "Rapid" - 6, "Dandolk" - 0.

C qrupu

21:55. “Hapoel” (Beer-Şeva, İsrail) - “Nitsa” (Fransa)

21:55. “Bayer” (Almaniya) - “Slaviya” (Çexiya)

Xal durumu: "Slaviya" - 12, "Bayer" - 12, "Nitsa" - 3, "Hapoel" - 3.

D qrupu

21:55. “Standard” (Belçika) - “Benfika” (Portuqaliya)

21:55. “Lex” (Polşa) - “Reyncers” (Şotlandiya)

Xal durumu: "Reyncers" - 11, "Benfika" - 11, "Lex" - 3, "Standard" - 3.

E qrupu

21:55. PSV (Niderland) - “Omoniya” (Kipr)

21:55. PAOK (Yunanıstan) - “Qranada” (İspaniya)

Xal durumu: "Qranada" - 10, PSV - 9, PAOK - 5, "Omoniya" - 4.

F qrupu

21:55. “Napoli” (İtaliya) - “Real Sosyedad” (İspaniya)

21:55. “Riyeka” (Xorvatiya) - “Alkmaar” (Niderland)

Xal durumu: "Napoli" - 10, AZ - 8, "Real Sosyedad" - 8, "Riyeka" - 1.

G qrupu

00:00. “Lester” (İngiltərə) - AEK (Yunanıstan)

00:00. “Braqa” (Portuqaliya) - “Zarya” (Ukrayna)

Xal durumu: "Lester" - 10, "Braqa" - 10, "Zarya" - 6, AEK - 3

H qrupu

00:00. “Seltik” (Şotlandiya) - “Lill” (Fransa)

00:00. “Sparta” (Çexiya) - “Milan” (İtaliya)

Xal durumu: "Lill" - 11, "Milan" - 10, "Sparta" - 6, "Seltik" - 1

I qrupu

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) “Sivasspor” (Türkiyə)

Xal durumu: "Vilyarreal" - 13, "Makkabi" - 8, "Sivasspor" - 6, "Qarabağ" - 1

J qrupu

00:00. “Lüdoqorets” (Bolqarıstan) - LASK (Avstriya)

00:00. “Tottenhem” (İngiltərə) - “Antverpen” (Belçika)

Xal durumu: "Antverpen" - 12, "Tottenhem" - 10, LASK - 7, "Lüdoqorets" - 0

K qrupu

00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - MOİK (Moskva, Rusiya)

00:00. “Volfsberq” (Avstriya) - “Feyenoord” (Niderland)

Xal durumu: "Dinamo" - 11, "Volfsberq" - 7, "Feyenoord" - 5, MOİK - 3

L qrupu

00:00. “Hoffenhaym” (Almaniya) - “Gent” (Belçika)

00:00. “Slovan” (Çexiya) - “Srvena Zvezda” (Serbiya)

Xal durumu: "Hoffenhaym" - 13, "Srvena Zvezda" - 10, "Slovan" - 6, Gent - 0.

Daha əvvəl İtaliyanın “Roma”, "Milan", İngiltərənin “Arsenal”, “Lester”, "Tottenhem", Almaniyanın “Hoffenhaym”, "Bayer", Portuqaliyanın "Braqa", "Benfika", Fransanın "Lill", İspaniyanın "Vilyarreal", "Qranada", Belçikanın "Antverpen", Xorvatiyanın "Dinamo", Serbiyanın "Srvena Zvezda", Çexiyanın "Slaviya", Niderlandın PSV və Şotlandiyanın "Reyncers" komandaları növbəti mərhələyə yüksəliblər.

Digər Xəbərlər
Xəbər Lenti