Azərbaycan futbolunun istifadə “kral“ı - Gəlir, “düzəldir“, gedir…

1 Dekabr 2020 17:40 Araşdırma 865
Azərbaycan futbolunun istifadə “kral“ı - Gəlir, “düzəldir“, gedir…

Əslində, hadisələrin belə gedişi aşkar hiss olunurdu.

Elə iki, ya da üç yazı “Sportinfo.az”da getdi bu haqda.

Proqnoz etdik ki, klub rəhbərliyinin inamından sui-istifadə edən şəxslər “qış bazarlığı”nı gözləyir. Xeyli futbolçunu yola salacaqlar və təbii ki, xeyli də gətirəcəklər. Məqsəd də aydındır: transfer büdcəstnin “üzünü yumaq”.

Gözləmək olardı ki, klub rəsmiləri mətbuatda gedən bu yazılardan sonra duyuq düşəcək, vaz keçəcək qış bazarlığından. Tapşırığı yerinə yetirməlidir, yoxsa kimdir onu futbol təsərrüfatında saxlayan.

Artıq bazarlıq əməliyyatı başlayıb “Keşlə”də. Üç legionerlə yolları ayırdılar. Üç nədir, 13 olacaq. Hələ yerli futbolçulardan da çoxu göndəriləcək. Əvəzinə başqaları gətiriləcək.

Bunlar “partizanlıq” edir Azərbaycan futbolunda. Kimlərinsə tapşırığı ilə kökünü qazır futbol təsərrüfatının, hər vəchlə çalışır ki, inkişaf olmasın bu sahədə.

Partizanlar həmişə düşmənə qarşı vuruşublar.

Futbolumuzdakı “partizanlar”ın da düşməni Azərbaycandır, bu ölkənin futboludur. Görək, AFFA “partizanları”nın Azərbaycan futboluna qarşı apardıqları “müharibə” nə vaxta qədər sürəcək...

Ceyhun Sultanov klublar əlcək kimi dəyişməyə davam edir. Kimdir onun adamı, bilən var? “Sumqayıt“ı “yaratdı“, gəlib “Neftçi“nin idarəçiliyinin “içinə gül qoydu“, indi də “Keşlə“ni “bəzəyəcək“. O, ancaq bunu bacarır. Sevimli “məşğuliyyət“i ilə məşğul olmasa, dinc qalmaz.

Yoxdur da bilən bunu. Yaxşı kadr olsaydı, potensialı çatsaydı, elə “Neftçi“ni ağ günə çıxarardı da. İstəsəydi, bəlkə də edərdi. İstəmədi, çünki…
İki ildən artıq müddətdə vəzifə tutdu, klubu daha da qara günə qoydu.

Transfer büdcəsini dağıtdı, komandanı formasına yaraşmayan legionerlərlə doldurdu, hamını bir-birinə vurdu. Arada kim qazandı? “Neftçi“nin qazanmadığı dəqiqdir.

Yarasına yalnız titul məlhəm ola bilən kluba bir uğur bəxş edə bilməyən Sultanov haqda indi burada əfsanələr dolaşır, əfsanələr…

“Neftçi“də reputasiyasını ciddi şəkildə zədələyən, “sağ göstərib, sol vurmaq“ üzrə “ixtisaslaşan“ bu şəxsin “əski“si çoxdan tüstülənsə də, görürsüz, o, yenə görəv yiyəsidir.

“Neftçi“ kimi iddialı və imkanlı klubda işinin öhdəsindən gəlməyi bacarmayan Sultanovdan “Keşlə“də tamam fərqli performans gözləmək, yumşaq desək, sadəlövhlükdür.

O, “kral“dır. İstifadə “kral“ı… Gəlir, “düzəldir“, gedir…

ƏDALƏT

Digər Xəbərlər
Xəbər Lenti