Bakının hansı ərazilərində söküntü olacaq? - SİYAHI

9 Aprel 08:10 Araşdırma 560
Bakının hansı ərazilərində söküntü olacaq? - SİYAHI

Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə Təzəpir məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş Sovetski ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr söküntü prosesinə cəlb olunacaq.

Bunu Baku.vs-yə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, həmçinin yeni tikiləcək metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də bu prosesə daxil ediləcək:

"Xüsusilə Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı, o cümlədən Salman Mümtaz, Xanlar Ələkbərov, Qanbay Vəzirov, Yusif Qasımov, Rzaquliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin 2026-cı ildə və sonrakı illərdə mərhələli şəkildə söküntüyə məruz qalacağı gözlənilir. Nərimanov rayonunda isə Montin və Keşlə bazarı ətrafı ərazilər bu prosesə cəlb olunacaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var