Səhər yeməyi üçün ən faydalı qidalar HANS;LARD;R&

08:10 Araşdırma 72
Səhər yeməyi üçün ən faydalı qidalar HANS;LARD;R&

Günə düzgün qidalanma ilə başlamaq metabolik sindromun qarşısını almaq üçün vacibdir.

Endokrinoloq Marqarita Belousova səhər yeməyini ötürməyin qan şəkəri və təzyiq problemlərinə yol aça biləcəyini xatırladaraq, bir sıra faydalı seçim təklif edib.

Həkimin tövsiyə etdiyi menyuda tərəvəzli omlet, tam taxıllı çörəklə hazırlanan sendviçlər və yoqurtlu meyvə kasaları yer alır. Xüsusilə toyuq döş əti, yaşıl tərəvəzlər və pomidorla hazırlanan sendviçlər uzun müddət toxluq hissi verir. Həmçinin kəsmik və ya kəsmikli zapekanka, qoz-fındıqla zənginləşdirilmiş yeməklər enerji mənbəyi kimi faydalıdır. Yeməyi daha doyurucu etmək üçün ona avokado və ya bir ovuc qoz kimi sağlam yağlar əlavə etmək tövsiyə olunur.

Ənənəvi hesab edilən sıyıqlara gəldikdə isə, həkim hər növ yarmaların hamı üçün uyğun olmadığını vurğulayır. İkinci tip şəkərli diabeti olanlar aşağı qlisemik indeksə malik qarabaşaq, yulaf və ya arpa yarmalarına üstünlük verməlidir. Qluten dözümsüzlüyü olan şəxslər üçün isə buğda əsaslı sıyıqlardan imtina edib, düyü və ya qarabaşaq kimi təhlükəsiz alternativləri seçmək məsləhətdir.

Səhər yeməyini həm dadlı, həm də balanslı etmək üçün tərəvəzlə zülalın birləşdirilməsi ən doğru yanaşmalardan biri sayılır. Günə bu cür başlamaq maddələr mübadiləsini optimallaşdırmağa və gün boyu enerjini sabit saxlamağa kömək olur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti