Mədə-bağırsaq problemləri olan insanlar üçün vacibdir - Ən faydalı meyvədir

21 Mart 08:10 Araşdırma 466
Mədə-bağırsaq problemləri olan insanlar üçün vacibdir - Ən faydalı meyvədir

“Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur”.

Bunu Kardioloq Aurelio Rojas deyib.

Onun sözlərinə görə, kivi mədə-bağırsaq problemləri olan insanlar üçün vacibdir, çünki sağlam həzmi təşviq edən liflə zəngindir.

Həkim qeyd edib ki, bu meyvənin qlikemik indeksi aşağıdır, yəni qan şəkərinin səviyyəsini tənzimləməyə və insulin qalxmasının qarşısını almağa kömək edir.

Kivi həmçinin çoxlu miqdarda C və E vitaminləri ehtiva edir. Onlar arteriyalarda xolesterol lövhələrinin əmələ gəlməsinin qarşısını alan güclü antioksidantlar və iltihab əleyhinə maddələrdir.

Digər faydalı xüsusiyyətləri ilə yanaşı, o, immunitet sisteminin gücləndirir və bədən yağını azaldır”, - deyə o əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş