Premyer Liqamızın ən qolçu ismi onu qarabaqara izləyir...

21 Mart 01:20 Araşdırma 683
Premyer Liqamızın ən qolçu ismi onu qarabaqara izləyir...

“Sabah”ın hücumçusu Coy-Lens Mikels cari mövsüm Avropanın milli çempionatlarında ən çox qol vuran almaniyalı futbolçuların sıralamasında liderə yaxınlaşıb.

Sportinfo.az xəbər verir ki, forvard Misli Premyer Liqasının 24-cü turunda “İmişli”ni səfərdə 5:0 hesabı ilə məğlub etdikləri matçda dubl edərək bunu reallaşdırıb.

Qollarının sayını 14-ə çatdıran çempionatımızın bombardiri hazırda yalnız “Ştutqart”lı Deniz Undavdan geri qalır. Bundesliqanın ardıcıl son 5 turunda fərqlənməyi bacaran Undavın aktivində 16 qol var.

O, geridə qalan turda da bir qol vurub. Mikels isə Azərbaycan çempionatının son 3 görüşündə ümumilikdə 5 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş