Xəbəriniz olsun - Hansı ailələrə sosial yardım VERİLƏCƏK?

07:30 Araşdırma 67
Xəbəriniz olsun - Hansı ailələrə sosial yardım VERİLƏCƏK?

Sosial yardımın təyin olunma qaydası açıqlanıb – mütəxəssis rəyi

Bildiyimiz kimi,Azərbaycanda ehtiyaclı şəxslərə sosial yardım verilir.

Mütəxəssislər sosial yardımın alınması proseduru ilə bağlı vacib məqamları açıqlayıblar.

Sosial yardım almaq üçün ailəni təmsil edən şəxs mütləq yetkinlik yaşına çatmış və əmək qabiliyyətli olmalıdır.

Qeyd olunur ki, həmin şəxs əvvəlcə yaşayış yeri üzrə ailə tərkibi haqqında arayış almalı, daha sonra bu sənəd əsasında notariat orqanına müraciət edərək sosial yardım üçün ərizəsini təsdiqlətdirməlidir. Təsdiq prosesi başa çatdıqdan sonra müraciət elektron qaydada təqdim olunmalıdır.

Mütəxəssislərin sözlərinə görə, sosial yardım ailəyə bir il müddətinə təyin edilir və ödəniş müraciət edilən ayın birindən hesablanır.

Hansı ailələrin sosial yardım almaq hüququ var?

Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə daxildir:

ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti