Azərbaycanın quru sərhədləri bu tarixdə açıla bilər

07:50 Araşdırma 110
Azərbaycanın quru sərhədləri bu tarixdə açıla bilər

Azərbaycanın quru sərhədləri bu il iyulun 1-dək bağlı qalacaq.

Bu, Baş nazir Əli Əsədovun ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı imzaladığı qərarda öz əksini tapıb.

Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib.

Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək artırılıb.

Karantin rejiminin əsas bəndlərindən biri quru sərhdələrin bağlı saxlanılmasıdır. Baş nazirin yeni qərarı ölkənin quru sərhədlərinin daha 3 ay bağlı qalacağı deməkdir. Quru yolların açılması yalnız bundan sonra gündəmə gələ bilər.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın 24-dən tətbiq edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti