Qoy, Qurban Qurbanov da bunu bilsin!

29 May 12:40 Araşdırma 381
Qoy, Qurban Qurbanov da bunu bilsin!

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir vi, indiyədək 16 mütəxəssis belə uğura imza atıb.

Cari mövsümün həlledici matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər.

Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub.

Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci titula sahib çıxmaq istəyir.

Azərbaycan Kubokunu qazanan baş məşqçilər

1. Qurban Qurbanov - 6

2. Mehman Allahverdiyev - 4

3. Agasəlim Mircavadov - 3

4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov - 2

8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev - 1.

Digər Xəbərlər
Xəbər Lenti